Suriyada öldürülən "Reina" teraktının təşkilatçısının fotosu yayıldı

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) yeni il gecəsi İstanbulda yerləşən "Reina" gecə klubunda törədilən terror aktının təşkilatçılarından olan İŞİD silahlısı Əbdürrəhman Özbəyi Suriyada məhv edib.

Qafqazinfo-nun Milliyet-ə istinadən verdiyi məlumata görə, zərərsizləşdirilən terrorçunun fotosu artıq KİV-də yayılıb.

Qeyd edək ki, Ə.Özbəyin öldürüldüyünü CENTCOM-un sözçüsü Con Tomas bəyan edib.

Onun sözlərinə görə, Ə.Özbəyi İŞİD lideri Əbubəkir əl-Bağdadi ilə yaxın olub, terror təşkilatının xarici ölkələrdəki hücumlarına, əcnəbi silahlıların İŞİD-ə cəlb edilməsinə və maliyyələşdirilməsinə görə məsuliyyət daşıyıb.

Xatırladaq ki, dekabrın 31-dən yanvarın 1-nə keçən gecə "Reina" gecə klubunda törədilən terror aktı nəticəsində 39 nəfər ölüb, 66 nəfər yaralanıb. Teraktı törədən Əbu Məhəmməd Horasani kod adlı Əbdülqədir Maşaripov həbs olunub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar