Fransada prezident seçkiləri: Makron qalib gəldi - YENİLƏNİB

Fransada birinci tur prezident seçkilərinin qalibi müəyyənləşib.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, artıq bülletenlərin 100 faizi hesablanıb.

Sabiq iqtisadiyyat naziri, “En Marche” Hərakatının lideri Emmanuel Makron 23,75%, “Milli Cəbhə” partiyasının lideri Marin Le Pen isə 21, 53 % səs toplayıb. Sabiq baş nazir, respublikaçıların namizədi Fransua Fiyon 19,91 faiz səslə üçüncü, solçu namizəd Jan-Lyuk Melanşon isə 19,64 faiz səslə dördüncü yerdə qərarlaşıb.

Beləliklə, Fransada prezident seçkilərinin ikinci turuna Le Pen və Makron adlayıb. Seçkilərin ikinci turu mayın 7-də keçiriləcək.

* * *

Fransada birinci tur prezident seçkilərinin nəticələri açıqlanır.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, ilkin nəticələrə əsasən, “Milli Cəbhə” partiyasının lideri Marin Le Pen öndədir.

Hazırda bülletenlərin 30 faizi hesablanıb. Marin Le Pen 24,78% səs toplayıb. Onun əsas rəqibi, sabiq iqtisadiyyat naziri Emmanuel Makron 21, 75 % səs toplaya bilib.

Məhz bu iki siyasətçinin prezident seçkilərinin ikinci turunda mübarizə aparacağı artıq şübhə doğurmur. Seçkilərin ikinci turu mayın 7-də keçiriləcək.

***

Fransa prezidentliyinə namizəd Marin Le Pen seçkilərin birinci turunda önə keçib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə seçkilərin təşkili və keçirilməsi ilə məşğul olan Fransa daxili işlər nazirliyinin ilk açıqlamasında bildirilir.

İlkin hesablamalara əsasən, Milli Cəbhə” partiyasının lideri Marin Le Pen 24,15 % səs toplayıb. Onun əsas rəqibi sabiq iqtisadiyyat naziri Emmanuel Makron ikinci yerdədir (21,43%). Sabiq baş nazir, respublikaçıların namizədi Fransua Fiyon 20,34 faiz səslə üçüncü, solçu namizəd Jan-Lyuk Melanşon 17,96 faiz səslə dördüncü yerdə qərarlaşıb.

***

Bu gün Fransada keçirilən prezident seçkiləri ilə bağlı ilk exit-pollun nəticələri məlum olub.APA-nın məlumatına görə, Belçikanın RTBF telekanalı saat 12.00-a exit-pollun nəticələrinə əsasən sabiq iqtisadiyyat naziri, “En Marche” (Yürüş) Hərakatının lideri Emmanuel Makron və radikal Milli Cəbhənin lideri Marine Le Pen prezident seçkilərinin birinci turunda liderlik edirlər.

Exit-polla əsasən E. Makron səslərin 24 faizini, M. L. Pen səslərin 22 faizini toplayıb. Sabiq baş nazir, respublikaçıların namizədi Fransua Fiyon 20,5 faiz səslə üçüncü, radikal solun namizədi Jan-Lyuk Melanşon 18 faiz səslə dördüncü yerdə qərarlaşıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar