"Qarabağ" klubuna çempionluq kubokunun təqdim edilmə mərasimi keçirilib

"Sumqayıt"la Azərbaycan Premyer Liqasının XXIX tur matçından sonra "Qarabağ"a çempionluq kubokunun təqdim edilmə mərasimi keçirilib.

"Report"un məlumatına görə, mərasimə Ağdam klubunun prezidenti Abdulbari Gözəl də qatılıb.

A.Gözəl baş məşqçi Qurban Qurbanovu çempionluq münasibətilə təbrik edib və ona anasının dünyasını dəyişməsi ilə əlaqədar başsağlığı verib. Daha sonra klub prezidenti futbolçuları da təbrik edib.

Bundan sonra Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, AFFA-nın baş katibi Elxan Məmmədov və o, komanda üzvlərinə medallar təqdim edib. Futbolçular mükafatlandırma mərasiminə ortasında ulduz şəkli olan forma ilə çıxıblar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar