"Ərdoğan öldürülməlidir" - dedi, sonra üzr istədi

Fransa Beynəlxalq Əlaqələr İnstitutunun siyasi elmlər üzrə professoru Filip Moro Defarq “BFM Biznes” kanalının "Dünya 7 gündə" proqramında Ərdoğanın öldürülməsi ilə bağlı səsləndirdiyi fikirlərə görə ictimaiyyətdən üzr istəyib.Axar.az xəbər verir ki, professor çıxışında ifrata vardığını etiraf edib.

“Bu cümləni deməməliydim. Türkiyənin vəziyyətini və sui-qəsd məsələsini bir cümlədə işlətdim. Səhv etdim. Üzr istəyirəm”, - Defarq bildirib.

Qeyd edək ki, Defarq Türkiyədə referendumun nəticələrinə etirazın da heç bir nəticə verməyəcəyini bildirmişdi. O, çıxış yolunu Ərdoğanın öldürülməsində görmüşdü.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar