Əfqanıstanda 40 İŞİD üzvü məhv edilib

Əfqanıstan ordusu son sutka ərzində 58 silahlı məhv edib.

Musavat.com xarici KİV-lərə istinadən xəbər verir ki, öldürülən silahlılardan 42-sinin İŞİD üzvü olduğu bildirilir. Məlumatı Əfqanıstan müdafiə nazirliyi təsdiqləyib.

Məlumata görə, İŞİD silahlıları ölkənin şərqindəki Nanqarhar əyalətində zərərsizləşdirilib.

Qeyd edək ki, Əfqanıstanda vəziyyət son aylarda daha da pisləşib. Ölkənin rayonlarında böyük ərazilərə nəzarət edən Taliban böyük şəhərlərə hücum edir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar