Ramil Şeydayev Slovakiya çempionu adını qazanıb

Dərc olunub: 23/04/2017 - 23:26

ramil saydayevFutbol üzrə Slovakiya Fortuna Liqasında XXVIII turun oyunları keçirilib.

Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayevin komandası – “Jilina” da növbəti matçına çıxıb.

Sözügedən klub səfərdə Bratislava “Slovan”ı ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0. Şeydayev bu qarşılaşmaya start heyətlə başlayıb və 90+3-cü dəqiqədə əvəzlənib. O, 65-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

Bu qələbə Şeydayevi “Jilina”nın çempionluğu təmin etməsi üçün də yetərli olub. Belə ki, mövsümün sonuna 5 tur qalmış “Jilina” 61 xalla çempionatın vahid lideridir. Bu komandanın əsas izləyicisi “Slovan” isə 48 xala malikdi.






loading...


Fikrinizi bildirin