Qarabağ separatçıları UEFA ilə danışıqlarda - Barselonaya gedirlər?

Tanınmamış "Dağlıq Qarabağ Respublikası" Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) ilə danışıqlara başlayıb. Məqsəd "Artsax Respublikası” futbolunun tanıdılması və beynəlxalq yarışlara vəsiqə alınmasına nail olmaqdır.

Virtualaz.org bildirir ki, bu barədə Britaniyanın “Independent” qəzeti xəbər yayıb. Xəbərdən məlum olur ki, nəşrin müxbiri Robert O`Konnor "DQR"də olub və orada özünü "Artsax Futbol Assosiasiyasının (ingilis abreviaturası - AFA) başçısı adlandıran Samvel Karapetyanla söhbət edib.

Karapetyanın sözlərinə görə, separatçılar UEFA-dan tanınmaya nail olmaq üçün kommunikasiyaya başlayıblar.

"Bütün bu müharibə və münaqişə müvəqqəti xarakter daşıyır. Haçansa, yaxın gələcəkdə, "Artsax" yığması dünya və ya Avropa çempionatında iştirak edəcək. Biz əminik ki, tanınma tezliklə gələcək, çünki bütün dünya bu regionda sülhün əldə olunmasında maraqlıdır. Gec-tez Azərbaycan "Artsax"ı tanıyacaq və biz yalnız futbolda deyil, həm də beynəlxalq həyatın bütün aspektlərində iştirak edəcəyik", - deyə Karapetyan xəyallarını dilə gətirib.

“Independent” bildirir ki, "AFA” və UEFA arasında ilkin danışıqlar 2016-cı ilin noyabrında başlanmışdı, amma embrion səviyyəsində qaldı. Karapetyan isə hesab edir ki, ən əhəmiyyətlisi ilk addımı atmaq idi.

Müəllif Xankəndidəki stadionun acınacaqlı vəziyyətindən də yazıb: "Stadiondakı toz və palçıq onu göstərir ki, bu arenadan praktik olaraq istifadə etmirlər".

“Independent” xatırladır ki, 2000-ci illərdə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) FİFA-ya müraciət edib ki, o "DQR"dən olan komandanın Ermənistan çempionatında iştirak etməsinə qadağa qoysun. Buna görə yerli komanda yalnız Yerevandan Xankəndinə gəlmək üçün 6 saatlıq yola səbri çatan təsadüfi kollektivlərə qarşı yoldaşlıq matçları keçirir.

Slava Qabrilyan, hansına ki, "DQR"in yığmasına rəhbərlik etmək tapşırılıb, oyun təcrübəsinin yoxluğundan şikayətlənib.

Samvel Karapetyan isə xarici məşqçilərin "DQR"ə dəvət planları haqqında danışıb: "Biz qüvvədə olan məşqçiləri dəvət etməyəcəyik ki, onların milli assosiasiyaları problemlərlə üzləşməsinlər".

Bildirilir ki, bu il "Artsax" komandası Kataloniyaya yarışa yola düşəcək. Amma onun ən məşhur çıxışı İsveçdə tanınmamış ərazi vahidləri arasında 2014-cü ildə keçirilən dünya çempionatında olub və o orada iki matçı uduzaraq birinci raundda mübarizədən çıxıb.

“Independent” onu da yazır ki, "DQR"də futbol yazıq mövcudluğunu sürdürdüyü və həyat üçün mübarizə apardığı halda Bakıda “işğal edilımiş Ağdamın “Qarabağ” komandası Avropada Azərbaycanı müvəffəqiyyətlə təmsiul edir və Çempionlar Liqasının qrup mərhələsinin qapılarını döyür".

Biz isə virtualaz.org olaraq əlavə edirik ki, separatçıların UEFA tərəfindən tanınma haqqında xəyalları elə xəyal olaraq da qalacaq. UEFA heç vaxt BMT-nin heç bir üzvü, həmçinin Ermənistanın özü tərəfindən tanınmamış ərazi vahidinin komandasını öz sıralarına qəbul etməyəcək. Dağlıq Qarabağdan komanda UEFA yarışlarında yalnız o halda çıxış edə biləcək ki, Azərbaycan çempionatında oynayacaq və özünə Avrokuboklarda iştirak hüququ təmin edəcək. Bunun üçün isə işğal edilmiş ərazilər tamamilə Azərbaycana qaytarılmalıdır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar