Tanınmış futbolçu özünü asaraq intihar edib 

"Qaziantəpspor" klubunun çexiyalı futbolçusu evində asılmış vəziyyətdə tapılıb

"AzPolitika.info" Türkiyə KİV-nə istinadla xəbər verir ki, "Qaziantəpspor" klubunun və Çexiya milli komandasının futbolçusu Frantişek Raytoral yaşadığı evdə özünü asaraq intihar edib.

Psixoloji problemi olduğu bildirilən Raytoralın ailəvi səbəblərdən intihar etdiyi bildirilib.

"Qaziantepspor"un prezidenti İbrahim Qızıl: "Raytoral məşqə gəlməmiş maraqlanıb evinə getmişlər qapı kilitliymiş. Sonra polisə xəbər verilib. Çox şən bir adam idi. Heç problemi yox idi. Niyə olduğunu mən də bilmirəm. Komandanın ən səssiz, sakit oyunçusu idi. Heç danışmazdı. Həmişə təbəssüm edərdi . Çox təəssüf edirəm" - deyə futbolçusunun intiharı haqda açıqlama verib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar