Şəmkirdə baş verən iki yol qəzasında 3 nəfər xəsarət alıb

Şəmkirdə bu gün iki yol qəzası baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisələrdən biri Kür qəsəbəsinə gedən yolda qeydə alınıb. “VAZ 21015” və “Ural” markalı avtomobillərin toqquşması nəticəsində hər iki avtomobilin sürücüsü 1990-cı il təvəllüdlü Rəşad İmanlı və 1987-ci il təvəllüdlü Həsən Məmmədov müxtəlif bədən xəsarətləri alaraq Şəmkir rayon Mərkəzi xəstəxanaya yerləşdiriliblər.

Başqa bir yol qəzası isə rayonun Zəyəm Cırdaxan kəndində qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində kənd sakini, 1951-ci il təvəllüdlü Rəfiqə Əhmədova müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiirlib. Xəsarət alanların vəziyyətlərinin normal olduğu bildirilir.

Faktlar üzrə Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar