Finlandiya avrozonadan və Aİ-dan çıxa bilər

avropa ittifaqi 28«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Britaniyanın ardınca Finlandiya da Avropa İttifaqından (Aİ) və avrozonadan çıxa bilər. «Həqiqi finlər» parlament fraksiyasının sədri və eyniadlı partiyanın sədri postuna iddiaçı olan Sampo Terxo bu variantı istisna etməyib. Xəbəri "Yle.fi" nəşri yayıb.

Onun fikrincə, əgər Finlandiya öz valyutasını saxlaya bilsəydi, rəqabətqabiliyyətlilik barədə müqavilə də lazım olmazdı. Terxo həm də bəyan edib ki, əgər partiya üzvləri istəsə, növbəti parlament seçkilərində ölkəsinin Aİ-dan çıxması barədə referendumun keçirilməsi məsələnsini «Həqiqi finlər»in proqpamına daxil etməyə hazırdır.

«Əgər partiya üzvləri istəsə, bu, mümkündür» - deyə, Terxo bildirib və əlavə edib ki, məsələ indiki hökumət üçün hələlik aktual deyil.

«Həqiqi finlər» yeni sədri iyunun əvvəlində partiya qurultayında seçəcəklər.

Bundan əvvəl «Yle» -nin sifarişi ilə keçirilmiş sorğu göstərib ki, finlərin 38,0 faizi böhran vəziyyətində Aİ-ı finlərin yaxşı həmkarı hesab edir. İkinci yerdə İsveç gəlir - 25,0 faiz, üçüncü yerdə 22,0 faizlə NATO dayanır. Rusiyalıların 4,0 faizi, Almaniya və ABŞ vətəndaşlarının isə cəmi 1,0 faizi bu varianta üstünlük verir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar