«Yəhva şahidləri»nin dəstəkçiləri - Ələkçinin qıl verənləri

Xəbər verildiyi kimi, aprelin 20-də Rusiya Federasiyasının Ali Məhkəməsi bu ölkədə fəaliyyət göstərən «Yəhva şahidləri» dini icmasını ekstremist elan edərək, fəaliyyətini qapadıb.

Maraqlıdır, buna bənd imiş kimi, Böyük Britaniya (BB) və Avropa İttifaqı (Aİ) dərhal bu «təpəgöz icma»nın müdafiəsinə qalxıb - sanki Avropa siyasətçilərinin özgə işi-gücü yox imiş.

Böyük Britaniya xarici işlər nazirliyinin (XİN) və Böyük Britaniya Birliynin insan haqları üzrə dövlət katibi Coys Eneley sözügedən icmanın Rusiya şöbəsinin müdafiəsinə qalxıb. Birləşmiş Krallıq hökumətinin veb-saytında baronessa («baran»essa» yox ha!) Eneleyin bəyanatı dərc olunub. Bəyanatda deyilir ki, Rusiya Ali Məhkəməsinin bu qərarı sözügedən icmanın üzvü olan 175 min Rusiya vətəndaşının (gerçəkdə isə 175 min nəfərlik «beşinci kolon») «dinc ibadəti»ni kriminallaşdırır. Baxın da, bu Avropa siyasətçiləri hər cür «sbrod»u meydana atır, xidmətindən yararlanır, yeri gələndə isə müdafiəsinə qalxmaqla, digər dövlətlərin daxili işlərinə beləcə «burun soxurlar»…

Burunsoxanlardan bir «sürü»sü də Avropa İttifaqı deyilən yığnaqda cəmləşib və belə situasiyalarda xor ifası ilə zəhlə tökürlər. Onlar öz mahiyyətlərini «Yəhva şahidləri» məsələsində də ortaya qoydular.

Xəbər verilir ki, Avroittifaq da Rusiya Ali Məhkəməsindən əməlli-başlı «inciyib». Bu barədə Avropa xarici fəaliyyət xidmətinin bəyanatında söhbət açılır. Gerçəkdə, canavar ulaşmasından başqa bir şey olmayan bu «bəyanat»da deyilir ki, Aİ ölkələri dini etiqad azadlığı uğrunda mübarizə aparırlar. Mahiyyətcə, pozuculuq fəaliyyətindən başqa bir şey olmayan belə davranışla, Aİ ölkələri əslində, bu şüar altında digər dövlətlərin daxili işinə barmaq uzadırlar. Adama deməzlərmi ki, get «mübarizə»ni öz xarabanda apar?!

Görün, bu iblis övladları necə bir mətn yapıblar: «Bütün digər dini təşkilatlar kimi, «Yəhva şahidləri» də sərbəst toplaşmaq hüququndan dinc yolla bəhrələnmək imkanına malik olmalıdırlar. Rusiya Federasiyasının Konstitusiyası və Rusiyanın beynəlxalq öhdəlikləri buna zəmanət verir» - deyə, Xidmətin nümayəndələri əminlik ifadə ediblər və bu zaman «yaddan çıxardıblar» ki, hər bir ölkənin Konstitusiyası ekstremizmi - dövlətin əsaslarının sarsıdılmasına yönəlik bütün fəaliyyət növlərini qadağan edir…

Orası da var ki, bir atalar məsəlində deyildiyi kimi: «İt hürər - karvan keçər…» - sadəcə, ayıq olmaq lazımdır…

Mirzə AĞ

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar