London Şimali Koreya şirkətinin aktivlərini dondurub

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Böyük Britaniya hökuməti Koreya Xalq Demokratik Respublikasının (KXDR) «National Insurance Corporations» şirkətinin aktivlərini dondurub. Bu barədə «Qardian» qəzeti yazır.

Şirkət KXDR-nın nüvə proqramını maliyyələşdirməkdə şübhəli elan olunub.

Bundan əvvəl Avropa İttifaqı da bu şirkətə qarşı sanksiya tətbiq edib. Bu tədbirləri onunla izah edirlər ki, guya şirkət valyuta gəlirlərinin bir hissəsini KXDR-nın hazırkı rejiminin dəstəklənməsinə yönəldir.

Avropa Komissiyasında şirkətin vəsaitlərinin bir hissəsinin ballistik raketlərin işlənib hazırlanması sahəsində Pxenyanın proqramlarına yönəldildiyini istisna etmirlər.

Böyük Britaniya ilə bağlı digər bir xəbərdə isə deyilir ki, Avropa İttifaqı «brekzit»ə görə, Britaniyadan 62 milyard avro tələb edir. Odur ki, koreyalıların (və digərlərinin) pullarının üstünə əl qoyulması məsələsində Londonun davranışını başa düşmək olar. Bəs necə, Böyük Britaniya kimi zəngin «sürüşkənlik» irsinə malik bir müsətəmləkəçi dövlət indi durub «brekzit»in bədəlini Aİ-na öz cibindən ödəyəsi deyil ki? Buna əmin olmaq üçün mərhum Qəddafinin (Liviya lideri) 130 milyard dollar pulunun aqibətini yada salmaq kifayətdir.

Belə-belə işlər…

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar