“Dini etiqad azadlığı haqqında” qanuna dəyişiklik edilir

meclisƏcnəbilər və vətəndaşlığı olmayan şəxslərin dini təbliğat aparmasına qoyulan qadağa yumşaldırılır

Dini mərkəz tərəfindən dəvət edilmiş din xadimləri istisna olmaqla, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin dini təbliğat aparması qadağan ediləcək.

“Report” xəbər verir ki, bu məsələ Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan “Dini etiqad azadlığı haqqında” qanuna təklif edilən dəyişikliklərdə öz əksini tapıb.

Hazırkı variantda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən dini təbliğat aparılması qadağan edilir.

Qanun layihəsinə təklif edilən digər dəyişikliyə görə xaricdən dini təhsil almış Azərbaycan vətəndaşları Qafqaz Müsəlmanları İdarəsi tərəfindən müvafiq icra hakmiyyəti orqanı ilə razılıaşdırılmaqla islam dininə aid ayin və mərasimlərin aparılmasına buraxıla bilərlər.

Mövcud qanunvericiliyə əsasən, xaricdən dini təhsil almış Azərbaycan vətəndaşlarına islam dininə aid ain və mərasimlərin aparılması qadağandır.

Bundan başqa, vətəndaşların təhsil almaq üçün xarici ölkələrin dini tədris müəssisələrinə göndərilməsi, dini tədris müəssisələri tələbələrinin və müəllimlərinin, habelə din xadimlərinin və mütəxəssislərinin mübadiləsi müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla dini mərkəz tərəfindən həyata keçirilməsi də qanun layihəsinə təklif olunan dəyişikliklər sırasında yer alan məsələdir.

Mövcud variantda vətəndaşların dini təhsil müəssisələrində təhsil almaq üçün xaricə göndərilməsi və din xadimlərinin mübahisəli mübadiləsi müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla dini mərkəz və ya dini idarələr tərəfindən həyata keçirilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar