«ABŞ ŞİMALİ KOREYAYA ZƏRBƏ ENDİRƏ BİLƏR» - ABŞ-ın BMT-dəki daimi nümayəndəsi

«AzPolitika.info»nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsi Nikki Heyli «NBC» telekanalının efirindən bəyan edib ki, yeni raket sınaqlarına cavab olaraq, ABŞ Koreya Xalq Demokratik Respubdikasına (KXDR) zərbə endirə bilər.

Onun sözlərinə görə, preventiv zərbə nəzərdə tutulmur, söhbət yalnız Pxenyanın hərəkətlərinə reaksiya verilməsindən gedir.

«Biz, o vaxta qədər heç nə etməyəcəyik ki, Kim Çen In hərəkət üçün bizə əsas verməyəcək. Əgər siz görsəniz ki, o, hərbi bazaya necə həcum edir, əgər siz hansısa bir qitələrarası ballistik raket görsəniz, şübhəsiz, biz bunu edəcəyik. Amma biz indi açıq deyirik: Testləşdirməyin, nüvə başlığından istifadə etməyin, heç bir yeni hərəkətlər etməyə cəhd göstərməyin. Mən, düşünürəm ki, Kim Çen In bunu başa düşür» - deyə, Heyli bildirib.

KXDR-nın yeni mümkün nüvə raketi sınaqları keçirməsi barədə bu gün bir sıra KİV-lər xəbər veriblər. Onların məlumatına görə, testləşdirmə 25 aprel - 9 may aralığında həyata keçiriləcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar