ƏSL SORĞUNUN ŞOK NƏTİCƏSİ: İlham Əliyev 37, Cəmil Həsənli 44 faiz səs aldı

Azərbaycan əhalisinin 46%-i hakimiyyətin dəyişməsini istəyir

Azərbaycan hakimiyyətinin cəmi 15%-i ölkənin uğurla inkişaf etdiyini hesab edir. Bunu “ADAM” sosioloji xidmətinin 9 oktyabr prezident seçkilərinə 1 ay qalmış keçirdiyi ümummili sorğunun nəticələri göstərir.

Sorğu Bakı İqtisadi və Siyasi Araşdırmalar Mərkəzinin (FAR CENTRE) həyata keçirdiyi “İctimai Gənclər Mərkəzi” layihəsi çərçivəsində keçirilib.

Sorğu 2013-cü il avqustun 14-dən sentyabrın 14-nə qədər keçirilib. Bakı, Mingəçevir, Şəki, Gəncə, Lənkəran və Qubada respondentlərin ümumi sayı 1000 nəfər təşkil edib.

Küçə sorğusu metodu ilə, anonimlik şərti ilə 18 yaşından yuxarı Azərbaycan vətəndaşlarına şəxsən suallar verilib.

Statistik səhv +/-3% təşkil edib. Nəticələr SPSS 13.0 proqramı ilə emal edilib.

Sorğu rəyi soruşulanların maddi vəziyyətinin pisləşdiyini üzə çıxarıb. Belə ki, 0,4% maddi vəziyyətindən tamamilə razı olduğunu bildirib (2012-ci ildə 6,9%);

50,0%-in maddi çətinliyi yoxdur (2012-ci ildə 52,4%);

40,7% maddi çətinliklər yaşayır (2012-ci ildə 30%);

7,5%-in böyük maddi çətinlikləri var (2012-ci ildə 9,5%).

Ölkəni tərk etmək istəyənlərin sayı əvvəlki kimi çoxdur: 19,1% ölkəni həmişəlik tərk etmək istərdi.

44,6% müvəqqəti ölkədən getmək istəyib (ümumilikdə 63,7%) (2012-ci ildə 62,1%);

Respondentlərin 50,6%-i hesab edir ki, yaxın üç ildə həyat yaxşılaşacaq; 39,7% həyatın pisləşəcəyini düşünür.

Respondentlərin 56,3%-i ölkənin Avropa ölkələrinin yolu ilə inkişaf etməsini istəyir;

19,7% - SSRİ yolu ilə;

14,8% hesab edir ki, dəyişikliklərə ehtiyac yoxdur, ölkə uğurla inkişaf edir;

2,4% - şəriət dövlətlərinin yolu ilə inkişaf tərəfdarıdır.

Avropinteqrasiya tərəfdarlarının sayı artır, islami inkişaf yolunun tərəfdarları azalır: ölkə Avropa İttifaqı istiqamətində hərəkət etməlidir – 64,0% (2012-ci ildə 41,9%);

Rusiyanın rəhbərlik etdiyi Avropa-Asiya İttifaqına doğru irəliləmənin tərəfdarları 23,7% (2012-ci ildə 26,7%);

İslam ölkələri birliyinə yaxınlaşma tərəfdarları 4,3% təşkil edir (2012-ci ildə 17,4%).

Respondentlərin 02%-i ateistlərdir, 62,5% Allaha inanır, amma dini ayinləri icra etmir; 14,7% Allaha inanır və dini ayinləri müntəzəm olaraq icra edir; 21,7% Allaha inanır, amma dini ayinləri qeyri-müntəzəm icra edir.

Ölkədə korrupsiyanın səviyyəsi dəyişib: son 3 ildə 36,8% respondent tez-tez rüşvət vermək məcburiyyətində qalıb (2012-ci ildə 36,7%);

38,5% nadir hallarda rüşvət verib (31,1% - 2012);

Rüşvət vermək məcburiyyətində olmayanlar - 22,4% (26,6% - 2012).

Respondentlər hökumətin uğurlarını yüksək qiymətləndirməyiblər:

Hökumət aşağıdakı sahələrdə uğurlu olub:

Sabitlik və qayda-qanun – 35,5%;

Neft sənayesi – 23,2%;

Xarici siyasət – 13,8%;

Ordunun möhkəmləndirilməsi – 9,1%;

Əhalinin rifahının yüksəlməsi – 8,7%;

Təhsil – 7,7%;

Səhiyyə – 5,9%;

Korrupsiyaya qarşı mübarizə – 5,3%;

ədalətli məhkəmələr və hüquq-mühafizə orqanları – 0,5%;

Qarabağ problemi - 0,0%;

Heç bir problem üzrə – 37,9%.

Bu yaxınlarda yaradılmış, Rüstəm İbrahimbəyovun rəhbərlik etdiyi Demokratik Qüvvələrin Milli Şurası, 53,7%-in fikrincə ölkənin həyatında müsbət, 19,9%-in fikrincə mənfi rol oynayır, 26,4% cavab verməyə çətinlik çəkib.

Cəmiyyətdə demokratik əhval-ruhiyyə üstünlük təşkil edir: bu gün Azərbaycan daha çox dövlətçiliyin möhkəmlənməsinə ehtiyac duyur – 22,8% (2012-ci ildə 33,6%);

Hakimiyyətin cəmiyyətin nəzarəti altında olmasına – 66,8% (53,3%-2012).

Əhali ölkənin idarəetməsində dəyişikliklər arzu edir: respondentlərin 46,0%-i hakimiyyətin dəyişməsini istəyir, çünki bu hakimiyyət islahatlar aparmaq istəmir;

34,4% hakimiyyətin dəyişməsini istəmir, amma islahatlar istəyir;

9,8% - hakimiyyətin dəyişməsini istəmir.

64,5% prezident seçkilərində səsverməyə gedəcək; 22,1% seçkilərə getməyəcək.

Sorğu təşkilatçıları “səs verəcəyiniz prezidentliyə namizədin adını açıqlaya bilərsiniz?” sualına cavab ala bilməyiblər, belə ki, sorğu keçirildiyi müddət ərzində üç müxalif namizəd dəyişib – Rüstəm İbrahimbəyov, İsa Qəmbər və nəhayət Cəmil Həsənli. Bu səbəbdən anketin aşağıdakı sualına verilən cavablarla kifayətlənmək lazım gəlib:

- Necə düşünürsünüz, xalq respublikanın yeni prezidenti kimi kimi görmək istərdi?

Hazırki hakimiyyətin nümayəndəsini – 37,5%;

Müxalifət nümayəndəsini – 43,8%;

İslamçı müxalifət nümayəndəsini – 1,4%.

Seçkiqabağı kampaniya və 2013-cü il seçkiləri qeyri-demokratik keçirilsə, 34,5% müxalifətin seçkiləri boykot etməli olduğunu düşünür.

49,6%-in fikrincə, müxalifət istənilən halda seçkilərə getməli və sona qədər mübarizə aparmalıdır.

Səsvermənin nəticələri saxtalaşdırılarsa, 20,4% etiraz etməyə hazırdır, 32,3% etiraz etməyin bir mənası olmadığı qənaətindədir;

14,5% saxtalaşdırma olmayacağını hesab edir.

Respondentlərin 76,8%-i hesab edir ki, demokratik ölkələr ölkə vətəndaşlarının hüquqlarını pozan Azərbaycan məmurlarına giriş vizası verilməsini qadağan edən qanunlar qəbul etməlidir (“Maqnitski” qanunu kimi); 5,8% hesab edir ki, demokratik ölkələr belə bir qanun qəbul etməməlidir.(musavat.com)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar