Makron-Rusiya savaşı başladı – Rus hakerlər hücuma keçir

Fransa prezidentliyinə ən real namizəd Rusiyanın təbliğat ruporunu öz qərargahına buraxmayıb

Emmanuel Makron Fransanın yeni siyasi ulduzu və iki həftə sonra prezident olmasına qəti gözlə baxılan adamdır. Makron Fransanın qərbyönümlü cəbhəsinin Rusiyameylli namizədlərə qarşı çıxara bildiyi ən uğurlu layihəsi oldu. Bu səbəbdən Rusiyanın bütün ehtiyatlarını xaricdəki dağıdıcılıq və diversiya əməliyyatlarına sərf edən Vladimir Putinin onun seçilməməsi üçün əlindən gələni etməsi başa düşüləndir.

Emmanuel Makronun hələ prezident seçilmədən öncə əks həmləsini bu savaşın hələ yeni başlanmasının nişanəsi saymaq olar. “Emmanuel Makron öz qərargahını Rusiyanın hücumlarından qorumaq istəyir, ona görə də bu səbəbdən Kremlin bağlı “Russia Today” kanalının akkreditasiyasından imtina olunub”, - “The Daily Beast” qəzetinin juralisti Kristofer Liki yazır.

“Bu adi agentlik deyil, bu kanal qara təbliğat orqanıdır. Buna görə biz həmin kanala akkreditasiya verdik”, - Makronun seçki qərargahının üzvlərindən biri Likiyə deyib.

“Russia Today” rəsmiləri bununla bağlı onlara izahat verilmədiyini bildirirlər. Onlar bunu KİV üzərində manipulyasiya həyata keçirmək və jurnalistika azadlığına qəsd kimi qiymətləndiriblər.

“Makronun qərərgahının bu qərarı yüksək ehtiyatlılıq tədbiri kimi qiymətləndirmək olar. Çünki Qərbin bir çox xüsusi xidmət orqanları Rusiyanın bu cür kanallar vasitəsilə ABŞ-da və Avropada demokratik prosesə ağır zərbə vurma taktikasını çox gözəl bilirlər”, - məqalədə qeyd edilir.

Картинки по запросу macron russia today

“Trampı trollamaq: Rusiya bizim demokratiyanı dağıtmaq istəyir kitabının həmmüəlifi Klint Uott ABŞ senatının kəşfiyyat komitəsində Kremlə tabe olan RT və “Sputnik” kimi media orqanlarının Rusiyanın informasiya müharibəsinin əsas strategiyası olduğuna diqqət çəkib. Onun sözlərinə görə, adı çəkilən kanallar Rusiyaya uyğun olmayan siyasi xadimlər haqqında saxtalaşdırılımış faktlar, onların keçmişləri haqqında yalan məlumatlar və uydurulmuş sui-qəsd hekayələrilə qaralama təbliğatı aparırlar.

“Nəzərə almaq lazımdır ki, 1-ci turda ilk 4 yeri tutan namizədlərdən sadəcə Emmanuel Makron Kremlin aqressiv siyasətinə qarşı duruş sərgiləyib.

Bu səbəbdən Makronun qərargahının azad mətbuatı boğmaq cəhdində ittiham edilmə riskinə rəğmən “Russia Today” kimi mürtəce fəaliyyətlə məşğul olan bir kanalı buraxmamaq niyyətini gözəl anlamaq olar”, -“Daily Beast”in məqaləsində qeyd edilir.

Əslində Emmanuel Makronun Rusiyaya qarşı qəzəbi təkcə “Russia Today” və “Sputnik” kimi kanallarda ona qarşı aparılan anti-təbliğatla bağlı deyil.

Qərb mətbuatı Rusiyanın Fransadakı seçki prosesinə müdaxilə etmək üçün digər sevimli vasitəsinə- haker hücumlarına əl atdığını , lakin bunun Fransanın xüsusi xidmət orqanları tərəfindən uğurla alındığını yazır.

“The Wall Street Journal” Makronun seçki qərargahına qarşı xüsusilə son iki həftədə haker hücumlarının şiddətləndiyini bildirir.

Qəzetin məqaləsində kiber təhlükəsizlik məsələləri ilə məşğul Trend Mikro adlı yapon firmasının bununla bağlı xüsusi raportunun dərc etdiyi göstərilib. Məqalə müəllifi Sem Şehner hücumu həyata keçirən qrupun özlərini “Pawn Storm” adı ilə qələmə verdiyini bildirir.

Картинки по запросу pawn storm

“Həmin qrupa daxil olan hakerlər Makronun seçki qərargahının server adreslərinin çoxsaylı imitasiyasını yaradaraq aldadıcı yolla qərargahın əməkdaşlarını öz şəbəkə parollarını bəlli etməyə cəhd göstəriblər”, Trend Micro-nun aparıcı əməkdaşı və həmin raportun müəllifi Feyk Akebor “The Wall Street Journal”a bildirib.

Emmanuel Makronun seçki qərargahında kompüter təhlükəsizliyindən cavabdeh Münir Macubinin sözlərinə görə, həmin yalan elektron məktublar dərhal aşkar edilərək bloklanıb.

Qəzet Pawn Storm haker qrupunun kibertəhlükəsizlik sahəsi ilə məşğul olan şirkətlərə, habelə xüsusi xidmət orqanlarına “Fancy Bear”, “APT28” və “Sednit” adı ilə də yaxşı tanış olduğunu qeyd edir. Həmin haker qrupu vaxtilə ABŞ-dakı prezident seçkilərindən qabaq Hillari Klintonun seçki qərargahının və Demokrat partiyasının serverlərini sındrımağa və seçki prosesini Donlad Trampın lehinə çevirməyə müvəffəq olmuşdu.

Картинки по запросу fancy bear hillary clinton

“Bu qrup Rusiyanın hərbi kəşfiyyat orqanı - QRU-ya bağlı olmaqda ittiham edilir. Fransanın “TV-5 Monde” kanalına 2015-ci ilin aprelində həyata keçirilən uğurlu haker hücumunda da həmin qrupun izləri tapılıb, - Liberation qəzetinin jurnalisti Amael Giton yazır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar