Türkiyə Mərkəzi Bankı faizləri artırıb

turkiye merkezi bankTürkiyə Mərkəzi Bankı (TCMB) bu gün keçirdiyi növbəti iclasında banklara veriləın gec likvidlik borcvermə faizini 0,5 faiz bəndi artıraraq 11,75%-dən 12,25%-ə çatdırıb. "Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, TCMB uçot dərəcəsini 8%, faiz dəhlizinin aşağı həddini 7,25%, yuxarı həddini isə 9,25% səviyyəsində sabit saxlayıb.

TCMB-dən verilən açıqlamada bildirilib ki, inflyasiyanın artmasına mane olmaq məqsədilə Bank monetar sərtləşdirmə tədbirlərini gücləndirməyə qərar verib: "Ehtiyac yaranarsa TCMB əlində olan bütün maliyyə alətlərindən istifadə edərək əlavə monetar sərtləşdirmə həyata keçirəcək".

Faizlərin artırılmasından sonra İstanbul birjasının əsas fond indeksi - "BİST 100" 95 000 bəndə yüksələrək tarixi rekord səviyyə, dolların məzənnəsi isə 3,56 TRY/USD səviyyəsinə qədər geriləyib.

"Report"un analitik qrupu ABŞ prezidentinin bu gün gözlənilən açıqlamaları maliyyə bazarlarının yaxın gələcəkdə istiqamətinə təsir edəcəyini bildirir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar