"Azərbaycanla yeni saziş üzrə Bakıda keçirilən danışıqlar məhsuldar olub" - Aİ rəsmisi

Xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının (Aİ) Xarici Siyasət Xidmətinin Rusiya, Şərq Tərəfdaşlığı, Mərkəzi Asiya və ATƏT üzrə direktoru Lyuk Devini qəbul edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycan və Avropa İttifaqı arasında münasibətlərin hazırkı səviyyəsi və əməkdaşlıq perspektivləri barəsində müzakirələr aparılıb. Xüsusilə Azərbaycan-Avropa İttifaqı arasında tərəfdaşlıq sazişi üzrə rəsmi danışıqlar prosesinin başlanmasına dair geniş fikir mübadiləsi aparılıb.

E. Məmmədyarov prezident İlham Əliyevin Brüsselə səfərini xatırladaraq, səfər əsnasında keçirilmiş görüşlərin və səsləndirilən bəyanatların Azərbayacn-Aİ əməkdaşlığının inkişafı üçün mühüm zəmin yaratdığını deyib.

L. Devin Bakıda saziş layihəsi üzrə aparılan danışıqların məhsuldar keçməsindən məmnunluğunu ifadə edib. Danışıqların tezliklə yekunlaşdırılması üçün görüşlər və video konfranslar vasitəsilə təmasların davam etdiriləcəyi bildirilib. O, həmçinin Avropa İttifaqı və Azərbaycan arasında ticarət və nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanlar olduğunu vurğulayıb.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Elmar Məmmədyarov Aİ-nin Xarici və Təhlükəsizlik Siyasəti üzrə Qlobal Strategiyasında əks olunduğu kimi həlli uzadılmış münaqişələrə münasibətdə dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə hörmət prinsipi əsasında vahid mövqedən yanaşılmasının vacibliyini diqqətə çatdırıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar