Fransa Bakı metrosunun yenidən qurulması işində iştirak etmək istəyir

“Fransa Azərbaycanda metronun yenidən qurulması işində əməkdaşlıqda maraqlıdır”.

APA-nın məlumatına görə, bunu Fransa Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyinin kontinental Avropa idarəsinin rəisi Florans Manjən Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfovla görüşü zamanı deyib.

O qeyd edib ki, ölkəsi Şimal-Cənub və Şərq-Qərb dəhlizi layihələrində iştirak etməkdə, habelə hava nəqliyyatı sahəsində əməkdaşlığa maraq göstərir.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran regional və qlobal xarakterli məsələlər ətrafında geniş müzakirələr aparılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar