Astarada velosipedçinin ölümü ilə nəticələnən yol qəzası baş verib

Qezada-sinmish-padpres-180912Astarada ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Astara şəhərinin Azadlıq küçəsində qeydə alınıb.

Belə ki, iki “VAZ 2107” markalı avtomobilin toqquşması nəticəsində sürücülərdən biri idarəetməni itirərək yolun kənarı ilə velosipedlə hərəkət edən Astara sakini, 1979-cu il təvəllüdlü Nahid Şaban oğlu İsmayılovu vurub.

Ağır kəllə-beyin travması alan N.İsmayılov hadisə yerində keçinib.

Faktla bağlı Astara rayon prokurorluğunda cinayət işi açılıb araşdırma gedir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar