Türkiyənin Silahlı Qüvvələri 19 PKK terrorçusunu zərərsizləşdirib

turk orduTürkiyənin Silahlı Qüvvələri Hakkari vilayətində 2 gün ərzində həyata keçirdiyi antiterror əməliyyatı çərçivəsində 19 PKK terrorçusunu zərərsizləşdirib.

"Report"un məlumatına görə, bu barədə "Anadolu" agentliyi silahlı qüvvələrdəki mənbəyə istinadən xəbər verib.

Xəbərdə bildirilir ki, Pilotsuz Uçan Aparatla Çukurca rayonunun cənub-qərbində, İraqın şimalında PKK terrorçularının obyektlərinə qarşı əməliyyat keçirilib. Əməliyyat nəticəsində iki terrorçu zərərsizləşdirilib.

Daha altı terrorçu aprelin 26-da, İraqın şimalında keçirilmiş hava zərbələri nəticəsində zərərsizləşdirilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar