Rusiyadan Azərbaycana gəmilərlə dolu silah-texnika gətirildi - VİDEO

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında imzalanmış hərbi-texniki əməkdaşlıq müqaviləsinə əsasən Rusiyadan ölkəmizə silah-sursat və müxtəlif təyinatlı müasir hərbi texnikanın növbəti partiyası gətirilib. Bu barədə Müdafiə Naziliyi məlumat yayıb.

Məlumatdaa deyilir ki, gəmilər vasitəsilə Bakıya çatdırılan hərbi təyinatlı yeni məhsullar ekspertlərin iştirakı ilə təhvil alınaraq, aidiyyəti hərbi hissələrə veriləcək.

Həmin silah-sursat və hərbi texnikanın ən qısa zamanda Silahlı Qüvvələrimizin bölmələrinin silahlanmasına daxil edilməsi və döyüş tətbiqinə tam hazır vəziyyətə gətirilməsi təmin ediləcək.

Yeni silah və hərbi texnikanın tətbiqi üzrə mütəxəssislərin hazırlığı rusiyalı təlimatçılar tərəfindən həyata keçiriləcək.

Bundan başqa, istifadədə olan silah və texnikanın ən yeni texnologiyaların tətbiqi ilə mərhələlərlə modernizə edilməsi prosesi də davam etdirilir.

MN Rusiyadan gətirilən silahlarla bağlı qısa videogörüntülər də yayıb. Kadrlardan görünür ki, "Bəstəkar Raxmaninov" gəmisindən BTR-83A zirehli transportyorları boşaldılır. Qalan hərbi texnikanın və silahların nədən ibarət olduğu açıqlanmır.(virtualaz.org)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar