İranın Pakistanla sərhədində silahlı toqquşma - 10 İran sərhədçisi ölüb

İranın Sistan və Bəluçistan əyalətində Pakistanla sərhəddə sərhəd polisi və silahlı qruplaşma arasında silahlı insident baş verib.

APA-nın xəbərinə görə, sərhəd polisi və silahlılar arasında baş verən atışma nəticəsində 10 İran sərhədçisi ölüb, 3-ü yaralanıb.

Silahlıların itkisi barədə məlumat verilmir. İran polisinin məlumatına görə, sərhədçilər Pakistan ərazisindən atəşə tutulub.

Hazırda hadisə yerində tədqiqat aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar