Gəncədə kütləvi dava baş verib - 2 nəfər bıçaqlanıb

BicaqGəncədə iki nəfərin bıçaqlanması ilə nəticələnən kütləvi dava olub. Hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb.

Bir neçə nəfərin dalaşması nəticəsində Göygöl rayon sakinləri, 1996-cı il təvəllüdlü Qurbanlı Aqil Eynar oğlu qarın nahiyəsindən və onun həmyaşıdı Hüseynov Vaqif Nizami oğlu qolundan bıçaqlanaraq xəstəxanaya yerləşdirilib. Onlara tibbi yardım göstərilib.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır. (APA)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar