“KXDR ABŞ-a preventiv hücumu istisna etmir!” - Daimi nümayəndəlik

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Koreya Xalq Demokratik Respublikasının (KXDR) Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəliyində bəyan ediblər ki, qarşıdurmanı davam etdirəcəyi halda, ehtiyac olarsa, Şimali Koreya Amerika Birləşmiş Ştatlarına (ABŞ) preventiv hücum həyata keçirə bilər.

«Bizim ən ciddi kontr-fəaliyyətimiz yerdə, dənizdə, su altında, havada və digər üsullarla manevrlərin müşaiyəti ilə qəfil preventiv hücumu özündə ehtiva edəcək» - deyə, bəyanatda bildirilir.

“Sülhsevər sosialist dövlət kimi KXDR sülhü ən uca tutur, bununla belə müharibədən qorxmur. Biz ABŞ-ın nüvə təhdidlərini qabağını almaq üçün bütün imkanlara malikik. KXDR hər hansı hücuma irimiqyaslı müharibə ilə cavab verərək düşmən üzərində qələbə qazanacağına əmindir”, bəyanatda deyilir.

Bundan əvvəl ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Mark Toner bildirmişdi ki, KXDR-in əlində Birləşmiş Ştatların ərazisinə çata biləcək raketlər var.

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar