Gənc qız ölən dayısının evini soydu - VİDEO

Bakıda dayısı evindən oğurluq edən qadın tutulub.

"AzPolitika"nın Xezerxeber.az-a istinadən məlumatına görə, hadisə Nərimanov rayonu ərazisindəki mənzillərin birində qeydə alınıb.

Rayon sakini Lalə İspəndiyarova polisə müraciət edərək, evindən 12500 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib. Hadisə zərərçəkən şəxs ailə üzvləri ilə birgə Sabirabad rayonunda olan zaman baş verib. Dərhal Nərimanov Rayon Polis İdarəsi və 18-ci Polis Bölməsi əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Nərmin Mustafayeva və Əli Nəbiyev saxlanılıblar. Məlum olub ki, oğurluq edən şəxslər mənzilə dəhlizdəki pəncərənin şüşəsini qıraraq daxil ola biliblər.

Hadisənin baş verdiyi mənzil cinayəti törətməkdə şübhəli bilən Nərmin Mustafayevanın dünyasını dəyişən dayısına məxsus olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar