Türkiyədə möhtəşəm kikboks turniri - Firuz Rəhimli türk rəqibinə qarşı

Qars şəhəri möhtəşəm kikboks turnirinə ev sahibliyi edəcək

"AzPolitika.info" xəbər verir ki, qardaş Türkiyədə növbəti kikboks turniri təşkil olunacaq. Belə ki, Türkiyə yığması - Dünya yığması ilə qarşılaşacaq. Hər iki yığmanı 9 idmançı təmsil edir. Qars tarixində ilk dəfə təşkil olunacaq bu turnir, şəhərdə böyük marağa səbəb olub.

Turnirdə Dünya yığması adına ölkəmizi 73 kq çəki dərəcəsində Firuz Rəhimli təmsil edir. F.Rəhimli həmin gecə türkiyəli rəqibi Cəsur Turgayla qarşılaşacaq. Həmyerlimizə bu döyüşdə qələbə arzulayırıq.

Xatırladaq ki, ölkəmizi kikboks idman növü ilə Türkiyədə uğurla təmsil edən, hazırda İstanbulda yaşayan Firuz Rəhimli 1989-ci ildə Naxçıvan Muxtar Respublikası Şərur rayon Ərəbyengicə kəndində anadan olub.

Nəzərinizə çatdıraq ki, aprelin 29-u, gecə saat 12:00-da baş tutacaq bu möhtəşəm turnir, Türkiyənin A SPOR kanalından canlı yayımlanacaq.

"AzPolitika.info" sözügedən turnirin tanıtım çarxını və fotoları təqdim edir:

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar