Azərbaycanda şadlıq evlərinin “qorxulu röyası” – May ayı başlayır

Restoran-shadliq-eviBu il Ramazan ayı may ayının sonunda başlayır. Deyə bilərsiniz ki, burda nə var axı!? Məsələyə şadlıq saraylarının sahiblərinin gözü ilə baxsanız, nə olduğunu bilərsiniz. Bu, iki ay toysuzluq deməkdir. Ancaq restoran sahibləri bundan da çıxış yolu tapıblar: qiymətlərə endirim etməklə. Əlbəttə, onlar bu endirimləri əsasən may ayı üçün nəzərdə tutublar. Çünki mayda toy etməməyin heç bir əsası yoxdur.

Şadlıq saraylarının may ayı kabusu başlayır. İnsanların mayda toy etməmək ənənəsi şadlıq saraylarını 1 ay işsiz qoyur.

Bu il isə vəziyyət daha qəlizdir, çünki maın ardınca Ramazan ayı başlayır və ramazanda insanlar ümumiyyətlə toy etmir. Bu da şadlıq saraylarının iki ay toysuz qalacağı deməkdir.

Belə vəziyyətdə heç olmasa may ayından yararlanmaq üçün şadlıq sarayları müxtəlif endirimlər tətbiq etməyi planlaşdırır.

Bu sahədə çalışanlar may ayı sindromunun heç bir mənası olmadığını bir daha xatırladırlar.

Qeyd edək ki, Azərbaycanda may ayında toy edilməməsi ənənəsi rusların Azərbaycana gəlişindən sonra başlanıb. Çünki ruslar arasında bu ayın uğursuzluğu ilə bağlı mif var. (“Xəzər TV”)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar