«Dünyada Rusiya silahına maraq artır» - Putin

putin sarkisyan«AzPolitika.info»-nun Rusiya KİV-nə istinadla verdiyi xəbərə görə, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin çərşənbə axşamı Rıbinskdəki «Saturn» zavodunda keçirilən hərbi-sənaye komissiyasının iclasında qeyd edib ki, xaricdə Rusiya ixrac silahına maraq artır.

Prezident əlavə edib ki, Rusiya silahının Suriyada uğurla istifadəsi bu marağı bir qədər də qızışdırır.

«Silahlanma üzrə dövlət proqramını reallaşdırarkən, daha bir vacib məsələni nəzərə almaq lazımdır - dünyada Rusiya silahına maraq artır. Biz, bunu təkcə açıq siyasi bəyanatlardan görmürük. Bu, silahlarımızın real şəraitdə effektli şəkildə tətbiqi, o cümlədən, Suriyada antiterror əməliyyatlarında tətbiqi sayəsində baş verir» - deyə, Prezident qeyd edib.

Dövlət başçısı əlavə edib ki, hərbi-sənaye kompleksinin müəssisələri Rusiya Federasiyası Müdafiə Nazirliyinin sifarişləri ilə yüklənib. Xarici sifarişləri reallaşdırmaq bir qədər mürəkkəbdir, ancaq dünya bazarından çıxmaq olmaz.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar