Sevgilisi ilə birgə ölən dayısının evini yaran qız danışdı – VİDEO

“Qızılları satıb 2 telefon və paltar aldıq”

Paytaxt sakini Lalə İsbəndiyarova mənzilindən oğurluq edilməsi barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə məlumat verdikdən sonra, ərizə ilə polisə müraciət edib.

ARB TV xəbər verir ki, ərazi üzrə Nərimanov RPİ və 18-ci PB əməkdaşlarından ibarət əməliyyat-istintaq qrupu hadisə yerinə baxış keçirib.

Ev sahiblərinin izahatı alınıb, müvafiq olaraq əl-barmaq izləri götürülüb. Məlum olub ki, oğurluq edən şəxslər mənzilə dəhlizdəki pəncərənin şüşəsini qıraraq daxil olublar.

Lalə İsbəndiyarova – Zərərçəkən: “Evdə dağınıqlıq yox idi. Heç nəyə zədə vurulmayıb. Müəyyən məbləğdə pulumuz, gündəlik istifadə etdiyim qızıllar yerində idi. Ancaq bahalı qızılları gizlətdiyim yerdən, balaca qabda da saxladığım ağ qızılları götürüblər”.

Nərimanov Rayon Polis İdarəsi və 18-ci Polis Bölməsi əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Lalə İsbəndiyarovanın yaşadığı mənzildən 12500 manat dəyərində qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinən Nərmin Mustafayeva və Əli Nəbiyev saxlanılıb. Xoş olmayan daha bir məqam isə odur ki, Nərmin oğurluğu dünyasını dəyişmiş dayısının ailəsinə qarşı törədib.

Nərmin Mustafayeva – Saxlanılan şəxs: “Bilirdim ki, dayımın yoldaşıgil Sabirabada gediblər. Əli pəncərəni qırdı, girdik içəri. Qızılları götürüb, həm mənim, həm də Əlinin şəxsiyyət vəsiqəsi ilə satdıq”.

Əli Nəbiyev – Saxlanılan şəxs: “Nərminlə 1 ildi bir yerdəyik. Qızılları müxtəlif yerlərdə satdıq. Təxminən 3 min manat idi. O pula da 2 telefon və paltar alındı”.

Qeyd edilən faktla bağlı Nərimanov RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar