"Aqramuntun təşkilatın adından bəyanat verməyə haqqı yoxdur" - AŞPA-nın vitse-prezidenti

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Pedro Aqramunt təşkilatın adından bəyanat verə və səfərlərdə iştirak edə bilməz.

“Report” “RİA Novosti”ya istinadən xəbər verir ki, bu barədə Assambleyanın vitse-prezidenti, AŞPA-da Britaniya nümayəndə heyətinin rəhbəri Rocer Geyl Assambleyanın nizamnamə orqanı - Büronun iclasından sonra bildirib.

"Gördüyünüz kimi, Aqramunt bu gün Büroya rəhbərlik etməyib, bunu mən öz üzərimə götürdüm", - deyə o bildirib.

R.Geyl, həmçinin bildirib ki, Büro AŞPA-nın prezidentinə etibar etmir. “O, təşkilatın adından bəyanat verə və səfərlərdə iştirak edə bilməz", - Britaniya nümayəndə heyətinin rəhbəri bildirib.

Onun sözlərinə görə, Avropa və AŞPA-nın prinsipləri təşkilatın ayrı-ayrı üzvlərindən daha vacibdir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar