"Bank Standard"da qeyri-işlək kreditlərin həcmi 707 mln. manatdır

"Bank Standard" QSC-nin aktivlərinin ləğvedici tərəfindən qiymətləndirilməsi aparılıb. "APA-Economics" xəbər verir ki, bunu Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov deyib.

Onun sözlərinə görə, kreditlər ilkin olaraq təsnifləşdirilib və qiymətləndirilib: "Cari ilin martın sonuna bankda 24 min krediti olub. Bu kreditlərin həcmi 747 mln. manatdır. İşlək kreditlər 40,5 mln. manat, bunların 33,3 mln. manatı təminatlı, qeyri-işlək kreditlər 707 mln. manat, bunun 271,2 mln. manatı təminatlıdır. Ümumilikdə, təminatsız kreditlər 442,9 mln. manatdır", - deyə A.Cavadov bildirib.

Qeyd edək ki, bankın qiymətləndirilməsi KPMG beynəlxalq audit şirkəti tərəfindən aparılıb. KPMG-nin rəyinə əsasən, kreditlərdən əldə olunması ehtimalı olunan likvid vəsait 112,3 mln. manatdır. Qiymətləndirməyə görə, bankda nağd vəsaitlərin həcmi 21 mln. manat, kreditlərdən daxilolma 112 mln. manatdır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar