Estoniyanın müdafiə naziri ehtiyatlanır! - Rusiya öz həbçilərini Belorusda saxlaya bilər

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Estoniyanın müdafiə naziri Marqus Tsaxkna ehtiyat edir ki, gözlənilən birgə «Qərb-2017» hərbi təlimlərindən sonra, Moskva bu imkandan istifadə edərək, Rusiya hərbçilərini Belorusda yerləşdirə bilər. Xəbəri «Röyter» agentliyi yayıb.

Nazirin sözlərinə görə, Estoniyanın və NATO üzvü olan digər ölkələrin bu fikiri xüsusi xidmətlərin məlumatlarına əsaslanır. O, qeyd edib ki, nəzəri cəhətdən Belorus Respublikasının ərazisində saxlana biləcək Rusiya hərbçilərinin sayı bir neçə min nəfər təşkil edə bilər.

«Biz, cörürük ki, onlar Avropa İttifaqı-NATO sərhədlərinin o tayında nələr edirlər. Rusiya hərbçiləri «Qərb-2017» təlimlərindən sonra, orada qala bilərlər» - Estoniyalı nazir qeyd edib.

O, əlavə edib ki, Estoniya öz narahatlığını NATO üzrə müttəfiqləri ilə bölüşüb: «Bu, mənim şəxsi fikirim deyil. Biz Rusiyanın «Qərb-2017» təlimlərinə necə hazırlaşdığını çox dərindən analiz edirik».

Xatırladırıq ki, «Qərb-2017» Rusiya-Belorus hərbi təlimləri cari ilin sentyabrında keçiriləcək. Bundan əvvəl Litva və Latviyanın hərbi ekspertləri bəyan ediblər ki, birgə təlimlərdə Baltikyanı bölgənin işğalına bir ehtimal görürlər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar