Rusiya Ukraynanın sabiq baş nazirini beynəlxalq axtarışa verib

Rusiya Ukraynanın sabiq baş naziri Arseniy Yatsenyuku beynəlxalq axtarışa verib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Baş Prokurorluğun rəsmi nümayəndəsi Aleksandr Kurennoy deyib.

O bildirib ki, Ukrayna sabiq baş nazirinin axtarışı ilə bağlı materiallar İnterpola göndərilib.

Qeyd edək ki, Ukrayna Daxili İşlər Nazirliyi Rusiya hüquq-mühafizə orqanları İnterpola müraciətinin sürətini əldə etdiyini açıqlayıb. Bir müddət əvvəl Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin 1994-1995-ci illərdə Çeçenistanda keçirilən antiterror əməliyyatı zamanı rusiyalı hərbçilərə qarşı cinayətlərdə Ukraynanın rəsmi şəxslərinin iştirak etdiyini açıqlayıb. O bildirib ki, istintaq həmin illərdə A. Yatsenyukun “Arqo” və “Vikinq” dəstələrin tərkibində Rusiyaya qarşı müharibə apardığını müəyyən edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar