ABŞ-ın sabiq prezidenti xəstəxanadan evə buraxılıb

Dərc olunub: 28/04/2017 - 22:41

corc bus qocaABŞ-ın sabiq prezidenti Corc Buş Hyuston xəstəxanasından evə buraxılıb.

APA-nın “AP” agentliyinə istinadən verdiyi xəbərə görə, aprelin ortalarında pnevmoniya ilə əlaqədar xəstəxanaya yerləşdirilən Ata Buş cümə günü evə buraxılıb.

“Corc Buşa müvafiq tibbi yardım göstərilib. Onun həyatına təhlükə olmadığı bildirilir”, deyə sabiq prezidentin nümayəndəsi bildirib.

1989-1993-cü illərdə prezident postunu tutan Corc Buş hazırda həyatda olan ABŞ eks-prezidentlərinin ən yaşlısıdır.

Qeyd edək ki, 92 yaşlı C.Buş parkinson xəstəliyindən əziyyət çəkir və xüsusi kresloda hərəkət edir.








loading...


Fikrinizi bildirin