Rusiya ordusu vertolyot dron-pelenqatorlarla təchiz olunucaq

Dərc olunub: 28/04/2017 - 22:54

dron«AzPoitika.info» Rusiya KİV-ə istinadla xəbər verir ki, 2017-ci ilin sonuna qədər Rusiya ordusu yeni dron-pelenqatorlar alacaq. Pilotsuz aparatlar yerüstü pelenqatorları əvəzləyəcək və istənilən düşmənlə mübarizəyə kömək edəcək.

Aparatlar vertolyot formasında hazırlanıb, kiçik ölçüləri ilə fərqlənir və hətta xüsusi çantada gəzdirilə bilir. Onların köməyi ilə hərbçilər terrorçu-silahlılarla, eləcə də yüksək texnologiyalarla silahlanmış düşmənlə mübarizə apara biləcəklər («İzvestiya»).

Geniş diapozonlu radiokəşfiyyat stansiyasına malik vertolyot tipli pilotsuz uçan aparatlar hal-hazırda istehsal mərhələsindədir. İlk versiyada onlar yalnız radioaxtarıcı-pelenqatorlarla təchiz olunacaqlar. Sonrakı mərhələdə isə aparatlar «pomex» yaradan xüsusi sistemlər alacaqlar.

Aparatın tərkibinə hava və yerüstü komponentlər daxildir. Hava komponenti – bu, pilotsuz vertoloyotun özüdür. Onun göyərtəsində antennalı radiopelenqator və radioötürücülər quraşdırılıb.

Yerüçtü komponentə isə antenna dirəyi, pilotsuz aparatı idarə edən sistem və xüsusi elektron blok daxildir. Sonuncunun köməyi ilə kompleksin operatoru vertolyot-dronun radiopelenqatorundan informasiya alır.

Belə vertolyot-dronlar hava və yerüstü pelenqatorların ən yaxşı imkanlarını özündə birləşdirir. O, uzun müddət bir yerdə «asılı» vəziyyətdə qala bilir və bu zaman yerüstü pelenqatoru əvəzləyir. Ehtiyac oluğu təqdirdə, bu aparatlar təyyarə kimi, verilmiş marşrut üzrə patrul xidməti həyata keçirə bilirlər.








loading...


Fikrinizi bildirin