“İŞİD-in Əfqanıstandakı başçısının məhv edildiyi ehtimal edilir” – Pentaqon

Dərc olunub: 28/04/2017 - 23:10

pentaqonKeçirilən xüsusi əməliyyat nəticəsində İŞİD terror qruplaşmasının Əfqanıstan özəyinin liderinin məhv edildiyi ehtimal edilir.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Pentaqonun rəsmi nümayəndəsi Ceff Devis bildirib.

“Əməliyyatın hədəfində İŞİD-in Əfqanıstandakı əmiri Əbdül Xasib olub. Onun öldüyünü hələ ki, təsdiq edə bilmərik, lakin məhv edildiyi ehtimal edilir”, deyə C.Devis qeyd edib.

Onun sözlərinə görə, əməliyyatda 50 ABŞ xüsusi təyinatlısı və 40 əfqan hərbçisi iştirak edib.








loading...


Fikrinizi bildirin