Ucar sakini müəmmalı şəkildə bıçaq xəsarəti alıb

Dərc olunub: 28/04/2017 - 23:13

BicaqAPA-nın yerli bürosunun xəbərinə görə, ötən gün Ucar şəhər sakini, 22 yaşlı Gülnarə Seyfi qızı Rəhimova bıçaq xəsarəti ilə Ucar Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib.

Ağır vəziyyətdə xəstəxanaya gətirilən zərərçəkən dərhal əməliyyat olunub. Xəstəxananın şöbə müdiri Cavanşir Qədirov xəstənin vəziyyətinin normal olduğunu bildirib.

G. Rəhimovanın dediyinə görə, yıxılarkən ehtiyatsızlıq nəticəsində əlində olan bıçaq ona batıb. Bəzi məlumatlara görə, G. Rəhimovanı ailə münaqişəsi zəminində qaynanası Səydə Rəhimova bıçaqlayıb.

Faktla bağlı araşdırma aparılır.








loading...


Fikrinizi bildirin