"TÜRK MİLLƏTİLƏ HEÇ KİM OYUN OYNAYA BİLMƏZ" - Ərdoğandan dünyanı lərzəyə gətirən çıxış

erdogan_new_232Təxminən doqquz ay əvvəl bu milləti əsir ala biləcəklərini zənn edənlər bu gün möhtəşəm Türkiyə yolunda atılan addımları çarəsizcəsinə izləyirlər. Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“ABŞ Prezidenti Tramp ilə görüşdə deyəcəm ki, biz, yəni bu boyda ABŞ, koalisiya qüvvələri və Türkiyə əl-ələ versək, Rakka İŞİD üçün məzar olar. Əgər terrorçulara divan tutmasaq, itkilərimiz olacaq. Biz anidən Telafərdə, Sincarda əməliyyat keçirib 210-220 terrorçunu məhv etdik, mühüm nöqtələri vurduq. Türk milləti ilə heç kim oyun oynaya bilməz! Hər kəs bunu görəcək! Hər şeyin vaxtı var və həmin vaxt gələndə nə edəcəyimizi çox yaxşı bilirik. Ola bilsin ki, bir gecə qəflətən hücuma keçdik”, - Ərdoğan bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar