Aİ ölkələrinin növbədənkənar sammiti keçiriləcək

avropa birliyiAzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Avropa İttifaqına (Aİ) üzv ölkələrin Bürsseldə növbədənkənar sammiti keçiriləcək. Sammitdə Böyük Britaniyanın Aİ-dan çıxması müzakirə olunacaq.

Aİ-a 27 üzv dövlət bu görüşdə «Brekzit» üzrə ümumi mövqeyini təsdiqləməlidir. Böyük Britaniyanın özünün nümayəndəsi sammitdə iqtirak etməyəcək. Bundan əvvəl Avropa Şurasının sədri Donald Tuskun dediyinə görə, Aİ-nın başlıca vəzifəsi bundan ibarətdir - elə etmək lazımdır ki, «vidalaşma» Aİ üçün mümkün qədər ağrısız keçsin. «Brekzit»in 2 il çəkəcəyi gözlənilir.

Brüssel sammitinin astanasında Tusk deyib: «Böyük Britaniya ilə gələcək münasibətləri müzakirə etmək hələ tezdir. Əvvəlcə, onun Aİ-dan çıxmaq qaydaları müəyyən olunmalıdır».

Avroşuranın sədrinin fikrincə, London vəd etməlidir ki, bundan əvvəl Aİ çərçivəsində özünün üzərinə götürdüyü bütün maliyyə öhdəliklərinə əməl edəcək. Bundan başqa, İrlandiya Respublikası ilə Şimali İrlandiya arasında sərt sərhəd qoymaqdan çəkinmək lazımdır.

Xatırladaq ki, Baş nazir Tereza Mey Böyük Britaniyanın Avropa İttifaqından çıxması barədə rəsmi xəbərdarlığı bir ay bundan əvvəl Aİ-a təqdim edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar