«KXDR-in növbəti raket sınağı Çinə hörmətsizlikdir!» - Donald Tramp

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp bəyan edib ki, Koreya Xalq Demokratik Respublikasının (KXDR) keçirdiyi növbəti raket sınaqları Çin Xalq Respublikasına (ÇXR) və şəxsən bu ölkənin sədri Si Tszipinə qarşı hörmətsizlikdir.

Amerikalı lider bu barədə öz «Tvitter» səhifəsində yazıb.

«Röyter» agentliyi ABŞ hökumət nümayəndəsinə istinadla xəbər verir ki, son sınaqlardan sonra Vaşinqton Şimali Koreyaya qarşı sanksiyaların sərtləşdirilməsi işini sürətləndirə bilər.

Raket atılması barədə hələlik dəqiq məlumatlar yoxdur. Pentaqonun məlumatına görə, raket Pukçan aerodromunun yaxınlığından atılıb. ABŞ KİV-nin yazdığına görə, bu, orta təsir radiuslu KN-17 raketi ola bilər. Əldə olan məlumata görə, raket ölkə ərazisindən kənara çıxmayıb və atılandan bir neçə dəqiqə sonra parçalanıb dağılıb.

Qeyd edək ki, raket BMT Təhlükəsizlik Şurasının Koreya yarımadasında yaranmış vəziyyətlə bağlı xüsusi iclası qurtarandan bir neçə saat sonra atılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar