Türkiyədə Vikipedianın bağlanma səbəbi bəlli oldu

Xəbər verildiyi kimi, bu gün səhər saatlarından etibarən dünyanın ən böyük ensiklopediyası olaraq tanınan Vikipediaya Türkiyədə giriş yasaqlanıb.Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, artıq Vikipediaya girişin yasaqlanmasının səbəbi bəlli olub. E-Dövlət portalından bununla bağlı verilən suala “Maraqlandığınız veb ünvanına, an etibarilə məhkəmə qərarı ilə tətbiq edilmmiş yasaq qüvvəyə minib” deyə cavab yazılıb.

Amma digər mənbələrdə qeyd edilib ki, saytla bağlı məhkəmə qərarı olmasa belə, “idarə üzrə tədbir” tətbiq olunub. “5651 saylı qanunun tələbləri çərçivəsində, 29/04/2017 tarix və 490.05.01.2017.-182198 saylı qərarına istinadən Bilgi Texnologiyaları və Əlaqə Qurumu tərəfindən idari tədbir tətbir olunub. (After technical analysis and legal consideration based on the Law Nr. 5651, ADMINISTRATION MEASURE has been taken for this website (wikipedia.org) according to Decision Nr. 490.05.01.2017.-182198 dated 29/04/2017 implemented by Information and Communication Technologies Authority- tərcüməsi bu formadadır”.

Əldə edilən məlumatlara görə, internetin önəmli məlumat qaynağı olan Vikipedia ilə bir müddətdir ki, yazışmalar davam etdirilirdi. İddiaya görə, Vikipedianın tərkibində terrora dəstək verən yazılar, eləcə də Türkiyəni terrorla eyni çərçivədə və terror əlbiri göstərməyə çalışan tövr nümayiş etdirdiyi üçün xəbərdarlıq aldığı halda sayt buna cavab verməyib. Belə ki, bu cür tərkibli materialları aradan qaldırmayıb, əksinə onu müdafiə altına alıb.

NƏLƏR İSTƏNİLİR?

Uzun müddətdir ki, müxtəlif sosial media şirkətləri və internetin yayım orqanları ilə də yazışmaları sürətləndirən Türkiyə beynəlxalq saytların Türkiyədə təmsilçilik açmasını, beynəlxalq hüquqla uyğun davranmasını və məhkəmə qərarları tətbiq etməsini istəyir.

Yetkililər tərəfindən verilən açıqlamaya görə, Türkiyənin ondan istədiyi və tərkibində məhkəmə qərarları da olan düzənləmələri etdiyi təqdirdə Vikipedia yenidən açılacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar