«Karl Vinson»Yapon dənizinə daxil oldu!

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Amerika Birləşmiş Ştatları (ABŞ) hərbi-dəniz qüvvələrinin aviadaşıyıcısı «Karl Vinson» gəmisi Yapon danizinə daxil olub. Xəbəri Yaponiyanın «NHK» telekanalı yayıb.

Xəbərə görə, müşayiətedici qrupa həm də qanadlı raketlərlə silahlanmış esmineslər daxildir.

Təxminən, bir həftə bundan əvvəl Koreya yarımadasının yaxınlığında ABŞ və Yaponiya hərbi-dəniz qüvvələrinin zərbə qrupu gəmilərinin birgə təlimləri başlanıb.

Təlimlər Koreya Xalq Demokratik Respublikasının (KXDR) raket sınaqları ilə bağlıdır. Bu səhər isə Şimali Koreya növbəti dəfə ballistik raket atıb - raket, startdan dərhal sonra partlayıb.

ABŞ KİV-nin hesablamalarına görə, 2011-ci ildən - Kim Çen In AXDR-da hakimiyyətə gələndən sonrakı dövrdə indiki raket sınağı sayca 75-ci olub. Sınaqlardan 58-i uğurlu keçib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar