Kubada radardan itmiş təyyarə qəzaya uğrayıb - Ölənlər var 

Kubada radarlardan itmiş An-26 sərnişin təyyarəsinin qəzaya uğradığı məlum olub.

"Report" xəbər verir ki, bu barədə "Ciber Cuba" portalı məlumat yayıb.

Məlumatda bildirilir ki, hadisə adanın qərbində, Pinar-del-Rio vilayətində baş verib.

"Biz Kuba hökumətindən aviaşirkətin hava insidenti barədə xəbərin təsdiqini aldıq. Təəssüf ki, bizə həmçinin həlak olanların da olduğunu təsdiqlədilər" – deyə portal bildirib.

Qəzada ölənlərin dəqiq sayı hələlik məlum deyil.

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar