Polad Bülbüloğluna Xalq artisti fəxri adı verilib - Türkmənistanın 

Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğluna Türkmənistanın Xalq artisti fəxri adının verilməsinə dair fərman imzalayıb.

APA-nın “turkmenistan.gov.tm” saytına istinadən verdiyi xəbərə görə, fərmana əsasən, Polad Bülbüloğlu fəxri ada Türkmənistan və Azərbaycan xalqları arasında dostluq, qardaşlıq, mehriban qonşuluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə, mədəni və humanitar sahələrdə dialoqun genişləndirilməsindəki xüsusi xidmətləri, habelə istedadı və mahnı-musiqi sənətinin inkişafındakı uğurlarına görə təltif olunub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar