AMEA-da SEÇKİLƏRƏ SAYILI GÜNLƏR QALIB - Amma indidən təbrik alanlar var...

trend_amea_main

Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi və müxbir üzvlüyünə seçkilərə bir neçə gün qalıb. Elmi ictimaiyyəti bir sual düşündürür. Akademikliyə və müxbir üzvlüyə layiq olan namizədələr seçiləcəkmi? İş burasındadır ki, kimin sanballı alim olması haqqında kifayət qədər təəssuratlar var.

Fikrimizcə, AMEA-ya keçirilən bütün seçkilər bu qurumun nüfuzuna təsirsiz ötüşməyib. Bəzən kiminsə düzgün seçilməməsi bu nüfuzlu qurumu tənqid hədəfinə çevirir. Hələ seçkilərə bir neçə gün qalmış bəzi namizədələr artıq onlara “yaşıl işıq” yandırılması haqqında şaiyələr yayırlar.

AMEA-da çalşan nüfuzlu şəxslərdən birinin verdiyi məlumata görə “Riyaziyyat” ixtisası üzrə həqiqi üzvlüyə namizədliyi qeydə alınmış Bilal Bilalov, “Fizika” ixtisası üzrə həqiqi üzvlüyə namizədliyi qeydə alınmış Nazim Məmmədov və “Fəlsəfə” ixtisası üzrə müxbir üzvlüyə namizədliyi qeydə alınmış İlham Məmmədzadə artıq məsələlərinin həll olunduğu barədə dezinformasiyalar yaymaqla, seçkinin nəticələrini kölgə altına salmağa çalışırlar.

“AMEA-nın Fizika İnstitutunun direktoru Nazim Məmmədov hətta indidən qələbəsini dostları ilə qeyd edir. İnternetdə onun barəsində axtarış versəniz görərsiniz ki, Nazim Məmmədovun adı qrant maxinasiyalarında, institutda “ölü canları” himayə etməkdə, ciddi elmi uğurlara imza atmamaqda hallanır.

Nazim Məmmədov 2014-cü ildə AMEA-nın müxbir üzvü seçilib. Hələ müxbir üzvü vəsiqəsində mürəkkəb qurumamış “akademik” olmaq iddiasına düşüb. Nazim müəllim institut direktoru və AMEA-nın müxbir üzvü kimi cəmi 2 fəlsəfə doktoru,1 elmlər doktoru yetişdirib. Hanı şişirdilmiş elmi məktəbin uğurları!?"

[caption id="attachment_107048" align="alignnone" width="600"]Nazim Məmmədov Nazim Məmmədov[/caption]

Mənbə bildirir ki, AMEA-nın prezidenti iclaslarda xoruldadığına görə dəfələrlə Nazim Məmmədova xəbərdarlıq edib. Rəyasət Heyətinin iclaslarında xorultu səsi gələndə hamı bilir ki, xoruldayan odur.

Onun bioqrafiyasında 52 qrant layihəsinin müəllifi olduğu bildirilir. Dövrü mətbuatda ona yüksək məbləğdə qrantların verilməsində Elmin İnkişafı Fondu kəskin tənqid olunub. Maraqlıdır, hər bir qrant layihəsinin icra müddəti azı 4-6 ay çəkməlidir. Haqlı sual yaranır - Bu qədər qrant layihələrini icra etmək, böyük bir institutun idarə olunması, məqalələr yazılması, elmi kadrların hazırlanması ilə necə bir araya sığır?

Mənbə bildirir ki, belə bir şəxsin akademik seçilməsi AMEA-nı nüfuzdan sala bilər. Yeri gəlmişkən, onun haqqında yazılan məqalələrin birində deyilir: “Milyonlarla qrant almasına baxmayaraq Nazim Məmmədov yalnız tək-tük məqalələrində aparıcı müəllif kimi çap olunub, əksəriyyət məqalələrdə isə o ya sonuncu və ya 5-ci, 6-cı yerlərdə qərar tutub”.

AMEA-nın aparıcı institutlarının biri olan Fizika İnstitutunun saytına (http://www.science.gov.az) diqqət edin. Bu saytda institutun gördüyü işlər barədə heç bir məlumat almaq mümkün deyil. İnstitut barədə informasiya qıtlığı oduğu halda direktor özünü təbliğlə məşğul olur.

Bütün bunlar bir yana, görəsən doğrudanmı “Fizika” ixtisası üzrə həqiqi üzvlüyə seçkinin nəticələri bəllidir? Nazim Məmmədovu nə vadar edir ki, özünü vaxtından əvvəl akademik elan etsin! Bu ixtisas üzrə AMEA-nın həqiqi üzvləri onlara edilən bu cür hörmətsizliyi yəqin ki, bağışlamayacaqlar.

Adı müxtəlif qalmaqallarda hallanan, böyük bir elmi müəssisəni intriqalar yuvasına çevirən Fəlsəfə institutunun direktoru İlham Məmmədzadə də özünü Nazim Məmmədov kimi aparır...

Sonda ümid edək ki, bütün bu xoşagəlməz söz - söhbətlər elə şayiə olaraq qalacaq və boş qalmış elmi vakansiyalara bu adlara layiq olanlar seçiləcək. (Moderator.az)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar