SSRİ-nin sonuncu marşalı «yol üstündə» - Yazov xəstəxanalıq oldu!

AzPolitika.info Rusiya KİV-nə istinadla xəbər verir ki, SSRİ-nin sonucu marşalı və sonuncu müdafiə naziri Dmitri Yazov təcili tibbi yardım üçün müraciət edib.

Belə ki, aprelin 28-də axşam Dmitri Timofeyeviç Yazov özünü pis hiss etməsi səbəbilə, təcili tibbi yardım çağırıb. Çağırışa gəlmiş həkimlər xəstəyə beyində qan dövranının kəskin pozulması diaqnozu qoyaraq, onun təxirə salmadan hospitallaşdırılmasını təkid ediblər.

Hal-hazırda Yazov klinik hospitaldadır - həkimlər onun həyatı uğrunda mübarizə aparırlar.

Bu, həmin marşal Yazovdur ki, 1990-cı il yanvarın 20-ə keçən gecə sovet ordu hissələrinin Bakı şəhərinə hücum etməsi əmrini verib. Başqa sözlə, o, «Qara yanvar» qətliamının baş arxitektoru olub.

Həmin gecə vəhşicəsinə qətlə yetirilmiş yüzlərlə dinc sakinin ruhu indi «əliqanlı Dima»nı addım-addım izləyir - onun ruhunun cəhənnəmə necə vasil olacağını səbirsizliklə gözləyir!

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar