Səni sevirəm, səninlə fəxr edirəm - TÜRKİYƏM!

mirzeMirzə AĞ

Nəhayət, baş verdi…

Sayın Ərdoğan danışdı - ağzından od töküldü! Cənnətməkan babamız Atatürkün çox özəl bir davranışını xatırlatdı mənə…

Birinci dünya müharibəsindən sonra İtaliyanın Türkiyədəki səfiri Atatürkün qəbuluna gəlir - müharibənin gedişində İtaliyanın işğal etdiyi, sonra isə paşamın rəhbərliyi altında şanlı türk ordusunun azad etmiş olduğu bir ərazinin taleyinin necə olacağı barədə hökumətinin sorğusunu dilə gətirir. Artıq, Türkiyə Cümhuriyyətinin Prezidenti olan böyük sərkərdə səfirdən üzr istəyib, o biri otağa keçir və qısa pauzadan sonra səfirin yanına qayıdır - bu dəfə GENERAL mundirində! «Hə, indi müzakirə edə bilərik…» - deyə, səfirin gözlərinin içinə baxır. Səfir hər şeyi dərhal anlayır və mövzunu dəyişir…

İndi sayın Ərdoğanın bugünkü haykırtısı təxminən, həmin effekti verəcək, zənnindəyəm - inşallah, verər!

Əslində millət bunu lap çoxdan gözləyirdi - hələ yüz il bundan əvvəl digər bir babamız (Tofik Fikrət) buna çağırış etmişdi:

«Çeynəndi, yetər, varlığımız cəhl ilə qəhrə!

Doğrandı mübarək Vətənin bağrı səbəbsiz.

Birlikdə bu gün bulmalıyıq dərdinə çarə,

Can qardaşı, qan qardaşı, şan qardaşıyız biz!

Millət yoludur, haqq yoludur tutduğumuz yol!

Ey haqq, yaşa! Ey sevgili millət, yaşa var ol!»

Hələ ötən əsrin 80-ci illərində böyük şairin bu şerini oxuyarkən, başımın tükləri biz-biz olmuşdu!..

İndi şanlı Türkiyə Cümhuriyyətinin başqanı sayın Ərdoğanın bu haykırtısını oxuyarkən, ruhum sevindi, cismim oynadı:

«Təxminən doqquz ay əvvəl bu milləti əsir ala biləcəklərini zənn edənlər, bu gün möhtəşəm Türkiyə yolunda atılan addımları çarəsizcəsinə izləyirlər… Türk milləti ilə heç kim oyun oynaya bilməz! Hər kəs bunu görəcək! Hər şeyin vaxtı var və həmin vaxt gələndə nə edəcəyimizi çox yaxşı bilirik. Ola bilsin ki, bir gecə qəflətən hücuma keçdik…».

Bax, belə! Yoxsa ki, hər yoldan ötən homoseksualistlər, fahişənin ən aşağı «sortu» olan «pataskuxalar» - erməni hərəmxanasında gün keçirib, bizlərə nifrətlə baxırdı (düşünürəm ki, «Qəlbimiz erməni xalqı ilə birdir» deyən ünvan sahibi özünü bu sətirlərdə görəcək!), künə oynadıb, diş qıcayırdı! Az qalıb - məqamı çatacaq və bu murdarlar bu dəfə yerə çöküb, quyruq bulayacaqlar...

Uğur olsun, TÜRKİYƏM! Səni SEVİRƏM - səninlə FƏXR EDİRƏM, TÜRKİYƏM!

Bir atalar məsəlimiz var: «Qardaş - düşmən çəpəridir». Biz, səninləyik, TÜRKİYƏM! Ətrafında cismimizdən canlı çəpər çəkərik - düşmən mat qalar…

İrəli, sayın Cumhurbaşkanım! HAQQ yoludur, tutduğumuz yol! Böyük ALLAH - HAQDIR, bizlər də onun yanında…

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar