Sülhəddin Əkbərin partiyası qərar verdi

“Qurultayın keçirilməsi üçün bütün işlər planlı şəkildə, qrafik üzrə davam edir. Yəni əsas işlər artıq başa çatmaq üzrədir. Ötən bazar günü biz qurultaya hazırlıq işlərinin birinci mərhələsini başa vurduq və onun tarixini müəyyənləşdirdik. Qurultayın 6 iyulda keçiriləcəyi qətiləşdi.”

Bunları AzPolitika.info-ya açıqlamasında təsis qurultayına hazırlaşan Azad Demokratlar Partiyasının (AzDP) Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin sədri Sülhəddin Əkbər deyib. O, həmçinin bildirib ki, qurultayın hansı məkanda keçiriləcəyi də dəqiqləşib, sadəcə təşkilati hazırlıq işlər qalır.

S.Əkbərin Azad Demokratlar Partiyasının prioritetlərini belə sadalayıb:

“Azad Demokratlar Partiyasının başlıca məqsədi Azərbaycanda plüralizm, demokratiya, insan hüquqları, qanunun aliliyi, üstünlüyü və azad bazar iqtisadiyyatına çıxış və ipoteka kreditləri prinsiplərinə əsaslanan bir dövlət qurmaqdır. AzDP-nin əsas məqsədi liberalizmə əsaslanır. Yəni liberalizm prinsipləri əsas götürülür. Biz azad bazar iqtisadiyyatına üstünlük veririk. Ümumiyyətlə, Azərbaycanda azad bir cəmiyyət qurmaq istəyirik. Əlbəttə ki, xarici siyasət istiqaməti Avropa Birliyi və Avropa məkanına inteqrasiya olacaqdır.”

Ülkər Musazadə

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar