BAKIDA 11 NƏFƏR LİFTDƏ QALDI - FHN faciənin qarşısını aldı + VİDEO

Fövqəladə Hallar Nazirliyi hadisə ilə bağlı rəsmi məlumat yayıb. AzVision.az FHN-in saytına istinadən xəbər verir ki, Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Nəsimi rayonunda 11 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açıb və vətəndaşların çıxmasına şərait yaradıblar.

Əməliyyat saat 19:24-də başa çatıb.

Sakinlər bəyin ölməsi haqda xəbər versələr də, məlum olub ki, o, FHN əməkdaşları tərəfindən xilas edilib. Xoşbəxtlikdən ölüm faktı qeydə alınmayıb.

***

Paytaxtda bəy toy günü faciəvi şəkildə dünyasını dəyişib. Azvision.az-a daxil olan məlumata görə, metronun "20 Yanvar" stansiyası yaxınlığında yerləşən çoxmərtəbəli yaşayış binalarından birində lift qırılıb. Hadisə nəticəsində nişanlısını şadlıq evinə aparmaq üçün gələn bəy dünyasını dəyişib.

Məlumata əsasən, bəylə yanaşı litfdə olan iki nəfər də ölüb. Hələlik ölən şəxslərin kimliyini dəqiqləşdirmək mümkün olmayıb.

Xatırlatmaq yerinə düşər ki, Bakı Lift İdarəsinin rəisi Qüdrət Şükürovun qızına 400 min dollarlıq toy etməsi ilə bağlı xəbər günlərdir medianın diqqət mərkəzindədir...

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar